Ş |
Şərait |
bir şeyin həyata keçməsi üçün lazım olan şərtlərin məcmusu; vəziyyət |
Şüa |
günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri |
Şütümək |
bərk qaçmaq, sürətlə getmək, bərk sürüb getmək, ötüb keçmək |
Şüur |
dərrakə, anlaq, düşünmə |
T |
Tablo |
şəkil, rəsm, iri şəkil |
Taxt |
söykənəcəyi olmayan enli divan |
Taraz |
düz, dümdüz, bərabər, eyni bərabərlikdə, eyni vəzndə |
Tayfa |
xalq, qohum; qəbilə |
Təbəə |
bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam |
Təbəssüm |
gülümsəmə |
Tədqiqat |
tədqiq etmək, bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək |
Tədricən |
yavaş-yavaş, az-az |
Təxəllüs |
adətən yazıçıların, rəssamların və b. işlətdikləri qondarma ad |
Təxəyyül |
bir adamı və ya bir şeyi zehnində, xəyalında təsəvvürə gətirmə, canlandırma |
Təklif |
qəbul edilmək üçün irəli sürülən fikir |
Tələffüz |
bir hərfi və ya sözü, kəlməni söyləmə xüsusiyyəti, tərzi |
Tənha |
tək, yalnız, yalqız |
Tənhalıq |
təklik, yalqızlıq, kimsəsizlik |
Tənzimləmək |
tənzim etmək, nizama salmaq, qaydaya salmaq |
Tərənnüm |
gözəl səslə yavaşdan oxuma |
Tərz |
üsul, qayda |
Təsəvvür |
xəyala gətirmə |
Təşrih |
bədəni müəyyən üsulla kəsib əməliyyat aparma |
Təzahür |
üzə çıxma, özünü göstərmə |
Tikmə |
parça üzərində rəngbərəng saplarla müxtəlif naxışlar salmaqdan ibarət xalq sənəti |