S |
Sazın pərdəsi |
simli musiqi alətlərinin qolundakı bölmələrdən hər biri |
Sex |
sənaye müəssisəsinin, istehsal prosesinin müəyyən sahəsi ilə məşğul olan şöbəsi |
Səadət |
həyatda ən yüksək məmnunluq hissi |
Səlahiyyətli |
səlahiyyət verilmiş, hər hansı bir səlahiyyəti, hüququ olan |
Səmərəli |
səmərə verən, yaxşı nəticə verən, faydalı, xeyirli |
Sərvət |
var, dövlət |
Səs aparatı |
cihaz, qurğu |
Səsli |
səs-küylü |
Sıyrılmaq |
sıyrılmaq, dərisi qopmuş |
Silsilə |
bir-birinə birləşərək sıra təşkil edən şey |
Sim |
simli musiqi alətlərinə çəkilən və tərpəndikdə səs verən elastik tel |
Simfoniya |
orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük
musiqi əsəri
|
Simvol |
hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə, rəmz |
Sinifli |
siniflərə bölünmüş |
Sitat |
olduğu kimi, hərfi-hərfinə bir mətndən götürülmüş yazı |
Solmaq |
rəngi qaçmış, parlaqlığı qaçmış |
Sonata |
xarakterik və tempi etibarilə adətən üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri
|
Sonsuz |
sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz |
Süjet |
ədəbiyyatda: mövzu, məzmun |
Süpürləmək |
birdən üstünə atılıb əlləri ilə bərk-bərk yapışmaq, tutub yıxmaq |
Ş |
Şaqqanaq çəkmək |
bərkdən gülmək |
Şəfəq |
gün çıxmadan və ya batarkən göydə görünən qızartı |
Şəfqət |
rəhm, mərhəmət, yazığı gəlmə |
Şəxsi |
bir şəxsə, adama məxsus olan |