N |
Nailiyyət |
hər hansı bir sahədə, işdə əldə edilmiş yaxşı nəticə; müvəffəqiyyət |
Nəhəng |
son dərəcə, böyük, iri, çox yekə, azman |
Nəql |
nağıl; bir yerdən başqa yerə aparmaq, köçürmək |
Nəsil |
əcdadı bir olan qohumlar silsiləsi |
Nəsim |
xəfif, yüngül yel, meh |
Nəş |
meyit, cənazə, ölü |
Nəşə |
kef, sevinc, ləzzət, zövq |
Nəzarətsiz |
üstündə nəzarət olmayan, baxımsız |
Nitq |
danışma, fikrini sözlə ifadə etmə qabiliyyəti |
Nizamlı |
düzgün, tərtibli, mütəşəkkil, müntəzəm |
Nöqsan |
çatışmayan cəhət, çatışmazlıq |
O |
Ornament |
rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan
motivlərindən ibarət naxış, bəzək
|
Ö |
Öcəşmək |
çəkişmək, sataşmaq, sürtüşmək, mübahisə etmək, tutaşmaq |
Ölmək |
həyatı tərk etmək, vəfat etmək; keçinmək |
Ötmək |
keçmək, keçib getmək, gəlib keçmək |
Özül |
bünövrə, təməl, əsas |
P |
Pillə |
hissə; tədricən, yavaş-yavaş |
Premyera |
pyes, opera, balet və s.-nin ilk tamaşası |
Püskürmək |
öz içərisində şiddətlə bir şey sovurub atmaq |
R |
Rabitəli |
yaxşı ifadə edilən, məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş, müntəzəm |
Rayihə |
xoş iy, gözəl qoxu, iy |
Rekonstruksiya |
köhnə tikililərin təkmilləşdirilməsi |
Rəy |
bir şey haqqında fikir, mülahizə, söz |
Riqqət |
ürək yumşaqlığı, ürək incəliyi, şəfqət |
Romantik |
romantizmin tərəfdarı və davamçısı |
Ruh |
insanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyə |
S |
Saflıq |
saf olma, təmiz olma, qatışıqlardan təmizləmə |
Sarmaşıq |
ağ-qırmızımtıl çiçəkləri olan, sarmaşaraq uzanan bitki |