M |
Mənimsəmək |
yaxşı-yaxşı öyrənilmək, başa düşülmək, yadda saxlamaq |
Mənlik |
bir şəxsin öz varlığı, öz halı |
Mənsub olmaq |
nisbəti və mənsubiyyəti olan, əlaqəsi olan, aidiyyəti olan |
Mənşə |
bir şeyin çıxdığı, törədiyi yer |
Məntiqi |
məntiq qanunlarına uyğun, məntiq qanunlarına əsaslanan |
Mənzərə |
bir yerin uzaqlara qədər gedən ümman görünüşü; təbiəti əks etdirən şəkil; konkret şəkildə
təsəvvür olunan, göz qabağına gətirilə bilən hadisə
|
Mərhələ |
bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr |
Mərkəz |
hər hansı bir şeyin ortası, orta hissəsi |
Millət |
dövlət, ölkə |
Millilik |
milli xüsusiyyət daşıma, milli səciyyədə olan |
Mübarizlik |
mübariz olma, müəyyən fikir və məqsəd uğrunda mübarizə aparma, döyüşkənlik |
Mühit |
insanın yaşadığı ictimai məişət şəraiti |
Mükafat |
birinin hər hansı bir sahədəki xidmətlərini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul
və başqa qiymətli bəxşiş
|
Müqavimət |
zorakı hərəkətə, zorakılığa qarşı durma |
Müqayisə |
oxşar və fərqli cəhətlərini, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün
qarşılaşdırma, tutuşdurma
|
Mülahizə |
yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər |
Müntəzəm |
düzgün və ardıcıl, sistematik, sistemli, daimi |
N |
Nahiyə |
insan və heyvan bədənində hər hansı bir daxili orqanın yerləşdiyi sahə, yer |
Naxış |
rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, bəzək |
Nail olmaq |
əldə etmək, müvəffəq olmaq |