Q |
Qəhqəhə çəkmək |
bərkdən gülüş, səslə gülmə |
Qəribə |
eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı |
Qəribsəmək |
özünü tək və kimsəsiz görüb kədərlənmək, darıxmaq |
Qırğın |
heyvanların, mal-qaranın, ev quşlarının kütləvi surətdə qırılıb tələf olmasına səbəb olan
yoluxucu xəstəlik; böyük insan tələfatı; dava-dalaş
|
Qibtə |
başqasının yaxşı cəhətlərini görüb bunların özündə də olmasını arzu etmə |
Qucaq |
qolları açdıqda döş ilə qollar arasında əmələ gələn məsafə; qolların arası tutduğu qədər |
Qüdrət |
böyük qüvvət, güc; taqət |
Qürbət |
yad ölkədə, yad yerdə olma; qəriblik |
Qüsur |
eyib, nöqsan, çatışmayan cəhət |
L |
Laqeyd |
heç bir şeyin fikrini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən |
Laləzar |
laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer |
Ləqəb |
müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayıran əlamətinə görə adama verilən
qeyri-rəsmi ad; ayama
|
M |
Mağara |
dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq, kaha |
Mahiyyət |
daxili məzmun, xüsusiyyət, əsl məna, məğz, əsas |
Meydan |
şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə |
Məbədgah |
ibadət yeri |
Məğrur |
öz ləyaqətini, üstünlüyü hiss edən, qürurlu, vüqarlı |
Məhrumiyyətlər |
məhrum olma, əli boşda qalma, binəsiblik; ehtiyac |
Məxluq |
canlı varlıq, canlı vücud |
Məxsus |
yalnız birinə aid olan |
Məişət |
ümumi yaşayış tərzi, həyat; dolanacaq, güzəran |
Məkan |
bir adamın, şeyin sakin olduğu yer, oturulan yer, yurd |
Mənbə |
əsasını, başlanğıcını təşkil edən şey; yeraltı suların çıxdığı yer |
Mənəvi |
insanın daxili, ruhi aləmi ilə bağlı olan; qeyri-cismani, qeyri-maddi |