H |
Hopmaq |
canına, içinə keçmək; sorulmaq |
Hüdud |
sərhəd |
X |
Xariqüladə |
qeyri-adi, qeyri-təbii |
Xələl |
pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan |
Xəyal |
bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül |
Xüsusiyyət |
hər hansı bir şeyi digərindən ayıran səciyyəvi cəhət, əlamət |
İ |
İcra etmək |
bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi |
İdarə |
hər hansı bir iş sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat |
İmprovizasiya |
hazırlaşmadan şeir, ya nitq söyləmə, hava oxuma və ya musiqi çalma |
İradə |
insan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata
keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərdən biri
|
İrq |
mənşə və bəzi irsi xüsusiyyətlərinə görə bir olan tarixən təşəkkül tapmış insanlar qrupu |
İstehza |
ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara |
K |
Kaman |
oxatan yay; kamança |
Kantata |
musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi
əsəri
|
Karlıq |
eşitmə qabiliyyətinin olmaması və ya nöqsanlı olması |
Kobud |
qaba |
Konkretlik |
müəyyənlik, aydınlıq, qətilik |
Kükrəmək |
hirslənərək özündən çıxmaq |
Kvartet |
dörd musiqi aləti və ya dörd səs üçün yazılmış musiqi əsəri |
Q |
Qanunauyğun |
qanuna müvafiq, qanun ilə düz gələn |
Qavramaq |
başa düşmək, anlamaq, dərk etmək |
Qəbilə |
ibtidai cəmiyyətdə; bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri
tayfa, nəsil
|
Qədim |
çox köhnə zamanlara, çox uzaq keçmişə məxsus və aid olan |