Ə |
Əcnəbi |
başqa xalqa, millətə mənsub olan, xarici, başqa ölkənin vətəndaşı |
Ədavət |
ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz |
Əhvali-ruhiyyə |
ruhi hal, ruhi vəziyyət |
Əks-səda |
qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs |
Əlaqə |
qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq |
Ənginlik |
genişlik, açıqlıq |
Əyani |
açıq, aşkar, gözlə görünən; məktəbdə öyrənilən fənlərə dair material və modelləri tələbələrə
bilavasitə göstərmək əsasında qurulmuş və buna xidmət edən
|
Əzm |
qəti niyyət, qəti qərar |
F |
Faciə |
dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik |
Fantaziya |
xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı; sərbəst formalı improvizasiya səciyyəli əsər
|
Fəlakət |
böyük bəla, müsibət, bədbəxtlik |
Fərməş |
toxunma sandıq |
Fəryad |
acı-acı bağırma, nalə, fəğan |
Fırça |
rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və s. topasından ibarət
alət
|
G |
Görkəm |
xarici, ümumi gorunuş |
Gülüş |
şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq
səslər
|
H |
Hədiyyə |
bağışlanan şey, bəxşiş, sovqat |
Həmahəng |
bir-birinə uyan, uyğun |
Həmkəndlilər |
bir kənddə doğulmuş, orada yaşamış və ya yaşayanlar |
Həndəvər |
ətraf, dövrə |
Hərçənd |
bir cümlədə ona zidd olan və ya aydınlaşdıran başqa cümlə ilə qarşılaşdıran bağlayıcı |
Hırıldamaq |
şit-şit, boş-boş, mənasızca gülmək |
Himayə |
birini qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma |
Hissiyyat |
hislərlə, duyğularla bağlı hallar |
Hiylə |
kələk, fırıldaq, fənd; məkr |