LAYİHƏNİ HAZIRLAMAQ ÜÇÜN:
- İlk gündən qruplara bölünün.
- Hər qrupun vəzifələrini, görəcəyi işləri müəyyənləşdirin.
- Görəcəyiniz işlər:
- Materialları toplamaq (ilboyu hazırlayacağınız mətnlər, hekayələr, məqalələr,
məktəbinizdə keçiriləcək tədbirlər, sorğular və s.);
- Mətnlərin orfoqrafik cəhətdən düzgünlüyünü yoxlamaq;
- Cümlələrin ədəbi dil normalarına uyğunluğunu yoxlamaq;
- Mövzuya uyğun şəkillər toplamaq;
- Siz maketi hazırlamaq üçün Microsoft publisher
proqramından istifadə edə bilərsiniz.
Qəzetdəki bölmələr, rubrikalar və s. haqqında sxem 186-187-ci səhifələrdə verilmişdir.