Şairin son misraları oxuculara hansı fikri aşılayır?
Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi,
Mənim qulağıma sən pıçıldadın.
Şeirimin mayası - bu qaynar nəfəs
Sənin öz çiçəyin, sənin öz barın.
Şeirimdə dil açıb danışırım bəs,
Sənin bulaqların, göy çinarların?
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində
Uçan bir quşam.
Bir eldə doğulub -
Xoşbəxtəm ki, mən
Böyük bir Vətənə oğul olmuşam.
Bəxtiyar Vahabzadə