8
Şəki
Bir məktubdan:
Bir dəfə Bəxtiyar Vahabzadəyə sual verirlər:
- Özünüz şəkili olduğunuz halda, hələ Şəkiyə bir şeir həsr etməmisiniz?
Suala cavab aşağıdakı şeir olur.
Misralarda ifadə olunan fikrə münasibət bildirin.
Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına “sevirəm” deməz,
Mən də deməmişəm, a Şəkim mənim.
Sən öz keçmişini daim qorudun,
Babamın şöhrəti yaşayır səndə.
Bu eşqə eşq olsun!
Dünənlə bu gün
Çiyin-çiyinədir küçələrində...