15. “Müasir Naxçıvan” mövzusunda mətn hazırlayın.
Düşmənlər cığırla zirvələrimizə çıxmaq istəyirlər, zirvə güllərini dərmək istəyirlər. Çənlərimiz, dumanlarımız onları ora çatmağa qoymur, yollarını azdırır, qayalara çırpıb çuxurlara atır. O cığırların yolları ancaq sizlərə açıqdır. Oradakı min bir ətirli güllər, xarıbülbüllər sizindir.
Çıxın, zirvəyə çıxın, cığır sizi gözləyir. O zirvədən ətrafa baxdıqca böyük Azərbaycanı görəcəksiniz...