Dünyada ən qədim daş?duz yatağı Naxçıvandadır. Məlumata görə, hələ e.ə. IV-II minilliklərdə əldəqayırma alətlər vasitəsilə bu dağın laylarından duz çıxarılmışdır. Bunun nəticəsidir ki, XIX əsrin 70-ci illərində burada bir neçə ədəd daş balta, xeyli daş çəkic tapılmışdır. Duzdağda I Şah Abbasın “Büllur sarayı”, dünyada analoqu olmayan duzlaşmış çaylar, zəngin maddi mədəniyyət nümunələri vardır. Yataq indi də istismar olunur. Hazırda aparılan tədqiqatlar nəticəsində ərazidə İlk Tunc dövrünə aid keramika qalıqları və çox sayda daş alətlər aşkar edilmişdir. Bu dağdan çıxarılan duz öz bərəkəti ilə süfrələrə dad, insanlara qüvvət, sağlamlıq verir. Duzdağın yeraltı mağaralarında yaradılmış xəstəxanada insanlar şəfa tapır. Süxurları daşduz yatağı ilə zəngin olduğuna görə dağa belə ad verilmişdir.
Batabat təkcə Naxçıvanda deyil, onun hüdudlarından kənarda da tanınan yaylaqdır. Buranın yazı, yayı kimi, payızı, qışı da gözəldir. Batabatın təbii gözəlliyi, təmiz havası, dişgöynədən durnagözlü bulaqları, palıdı, ardıcı, yemişanı, baş-başa verən meşə ağacları, nadir heyvanat aləmi, quşları, güllü?çiçəkli çəmənlikləri insanı heyrətə gətirir. Batabat təbii bitkilər diyarıdır. Mütəxəssislərin məlumatına görə, Naxçıvanda 2000-dən artıq bitki növünə rast gəlinir ki, bunların?da 100-dən artığı dərman bitkisidir.Bu bitkilərin hamısı Batabatın florasının tərkib hissəsidirlər. Batabata gələn hər bir insan buranın saf təbiətindən şəfa tapır. Batabat adının mənşəyi ərazinin simvolu olan göl və bulaqlardakı suyun axını, süzülmə əlaməti, torpağa bata-bata süzülüb özündən aşağı ərazilərdə yenidən çıxması, göllər əmələ gətirməsi ilə bağlı yaranıb. Bu adın mənşəyini qədim türk dillərindəki “igid bahadır” mənasında işlənən “batır” sözü ilə əlaqələndirmək də ağlabatandır.