Çaytikanının məlum olan 3 növündən biri?də ölkəmizdə yetişir. Çaytikanının bu növü Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səviyyəsindən 2000 m hündür yerlərdə kol və ağac şəklində bitir.
Tərkibindəki zəngin vitamin kompleksinə görə insan orqanizminə çox faydalı olan çaytikanının giləmeyvəyə oxşayan meyvəsi sentyabr?oktyabı aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu ✸ yetişmiş meyvələri bütün qış fəslində (mart-aprel aylarına kimi) ağacda qala bilir. Birtoxumlu olan meyvəsi şirəli, qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turş?məzədir. Çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. Toxumu tünd?qəhvəyi və parlaqdır. Çaytikanı bitkisi -40°C temperatura qədər dözümlüdür.
Çaytikanı meyvəsinin tərkibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə və 9% yağ vardır. Toxumunda isə yağın miqdarı 12,5%-ə qədərdir. Çaytikanının tərkibində 16,9 - 272,5 mq C, 75 - 100 mq P, 0,016 - 0,055 mq B1, 0,037 - 0,066 mq B2, 0,037 - 0,066 mq B6, 8 mq E, 1,1 - 10,9 mq krotin (provitamin A), 0,79 mq fol turşusu və 1,2 mq K vitamini və s. vardır. Toxumunda isə 0,28 mq B1, 0,38 mq B2, 14,3 mq E vitamini var. Toxumundan alınan yağın tərkibində 250 mq karotinoidlər, 165 mq E vitamini və s. yağ turşuları mövcuddur. Çaytikanı meyvələrinin toxumları da çox faydalıdır. Onların tərkibində çox mühüm tibbi əhəmiyyəti olan 10%-ə qədər piyli yağ vardır. Ona görə?də xüsusi pres altında saxlamaqla son illərdə çaytikanı meyvə və toxumlarından əla keyfiyyətli yağ alınır və bu yağ “çaytikanı yağı” adı ilə təbabətdə geniş istifadə edilir. Çəhrayı rəngdə qatı maye halında olan bu yağ xüsusi ətirli qoxuya və dada malikdir. Çaytikanı meyvəsinin yağı ✸ zəngin A vitamini mənbəyi hesab olunur.
Təbiətdə ən çox çaytikanının meyvələrindən istifadə edilir. Çaytikanı meyvəsinin şirəsi bir çox xəstəliyin, o cümlədən mədə-bağırsaq, ürək-damar, sinir sistemi xəstəliklərinin müalicəsi zamanı effektli sayılır. Amma təbabətdə çaytikanından alınan yağ ✸ çox faydalı vasitə kimi tətbiq olunur. Yağ hazırlamaq üçün çaytikanının meyvələri şaxtalar düşəndən sonra yığılır. Çünki məhz bu dövrdə onun meyvələrində yağlılıq faizi artır.
Çaytikanı yağının faydalarına gəlincə o, güclü yara?sağaltma qabiliyyətinə malikdir. Ondan şüa zədələnməsi, dəri xəstəlikləri, yanıq, mədə və onikibarmaq bağırsağın xorası və s. xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Çaytikanından müalicə məqsədilə hələ qədim zamanlardan istifadə edirdilər. Qədim monqol və Çin xalq təbabətində çaytikanının həm meyvələrindən, həm də yarpaqlarından mədə xəstəliklərinin müalicəsində, ✸ yel və dəri xəstəliklərində istifadə edilirdi. Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə ✸ insanları, ✸ heyvanları müalicə edirdilər.