Müsyö Jordan: Hatəmxan ağa, mənim məqsədim bu idi ki, Şahbaz bəyi Parisə aparıb onun təhsili ilə məşğul olub, firəng dilini ona təlim edim, onu kralımıza tanıdım. Eyni zamanda sizin yerlər haqqında ona danışım. Əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim alimlərimiz belə güman etmişlər ki, bu bitkilər ancaq Alp dağlarında, Amerikada, Afrikada və Şvetsariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parisin alimlərinə isbat edəcəyəm ki, onlar səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında daha çoxdur. Məsələn, bu ot ki görürsünüz, latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısında çox faydası var. Bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına mənfəəti var. Bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı bundadır. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə xeyirlidir.
Təbii müalicəvi əhəmiyyətinə ✸ bir çox dərdin dərmanı olan çaytikanı iydəkimilər fasiləsinə aid zəngin vitaminli bitki növüdür. Avropadan Çinə ✸ təbii şəkildə yayılan çaytikanı Orta Asiya, Sibir, Qafqaz və Rusiyanın Avropa hissəsinin çay vadilərində, çəmənliklərdə meşə?ətrafı yerlərdə, hündür dağlarda və digər yerlərdə yetişir.