Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra İbrahimxəlil xan Cavanşir onun cənazəsini ədəb-ərkanla Tehrana göndərir. Üstəlik, Fətəli şahla dostluq əlaqələri yaratmaq üçün qızı Ağabəyim ağanı ona ərə verir.
“Ağabacı” təxəllüsü ilə şeirlər yazan Ağabəyim ağa həmişə Qarabağı arzulayır, vətən həsrətli şeirlər yazır:
Ağabəyim ağa Fətəli şahdan Tehranda bağ saldırmaq üçün icazə istəyir. Razılıq alan kimi o, bağbanı da Şuşadan gətirtdirir, Tehranda bağ saldırır və onu “Vətən bağı” adlandırır. Şuşanın dağlarında meşələrində düzlərində bitən ağac meyvə gül kollarını burada əkdirir. Ağabəyim ağa bununla da doğma yerlərin ab-havasını, qoxusunu bu bağdan, bu güllərdən, bu çiçəklərdən almaq istəyirmiş. Qarabağ torpağını vətən seçmiş xarıbülbüldən başqa, bütün ağaclar, güllər, çiçəklər bitir. Xarıbülbülün bağda bitməməsindən məyus olan şairin qələmindən aşağıdakı misralar süzülür:
Yeri gəlmişkən,onu da qeyd edək ki, Ağabəyim ağa Natəvanın bibisidir.