_____ Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilməyə başlayan _____ səbəbindən iki qonşu dövlət arasında başlanan ______ istiqamətində ümummilli lider Heydər Əliyevin göstərdiyi ______ tarixi əhəmiyyəti vardır. ________ Azərbaycanla Ermənistan arasında _____ əlaqədar əldə olunmuş atəşkəs bütövlükdə Cənubi Qafqazda _____ bünövrəsini qoymuşdur. Heydər Əliyev atəşkəsə nail olmaqla Azərbaycanın _____ nail olmuşdur. Tarixdə ilk dəfə olaraq bu münaqişənin formulu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlandırılmış və məsələnin əsl mahiyyətinin _____ olduğu kimi çatdırılmasına başlanılmışdır.
Tarixin müxtəlif dönəmlərində baş versə də, xaraktercə eyni olan Şahablı faciəsi, Xatın faciəsi, Naqasaki və Xirosima faciələri, Xocalı faciəsi, Meşəli faciəsi, Şuşa faciəsi və digər faciələr...
İşğaldan azad olmaq və qalib gəlmək istəyi, azad və xoşbəxt yaşamaq arzusu müharibə zamanı müxtəlif əqidəyə, mənsubiyyətə, irqə malik insanları birləşdirir. Bəs müharibələrin, faciələrin olmaması üçün əvvəlcədən birləşmək olmazmı? Sizcə, bu faciələrin baş verməməsi üçün nə etmək lazımdır?