1943-cü ilin martında faşistlərin xüsusi təyinatlı dəstəsi Belarus dilində “ev” mənası verən Xatın kəndində 149 dinc sakinləri xüsusi amansızlıqla məhv edirlər. Hadisə belə baş verir: həmin vaxt 201-ci alman mühafizə diviziyasının əsgərləri meşə yolu ilə keçirmişlər.Kapitan Hans Violke meşədə odun doğrayan bir qadından Partizanları görmüsünüzmü deyə soruşur. Qadın heç kimi görmədiyini deyir. 300 metrdən sonra partizan mühasirəsinə düşən almanlar Hans Violke daxil olmaqla 3 nəfəri itirirlər. Cəza dəstəsinin taqım komandiri qadından şübhələnərək geri qayıdır, onu cəzalandırır. Onun əmri ilə Xatın kəndi mühasirəyə alınır. Əsgərlər Xatının bütün əhalisini anbara dolduraraq qapını bağlayır, ətrafına xeyli ot, quru odun yığıb üstünə benzin tökürlər. Anbar köhnə olduğundan tez alışır, alov hər yeri bürüyür. Günahsız sakinlər diri-diri yandırılır. Almanlar sonra bütün kəndi dağıdırlar. Beləcə, Xatın yerlə-yeksan olunur.
Xatın faciəsinin 56 yaşlı şahidi, bədəninin bir hissəsi yanmış İosif Kaminski gecə yarısı, faşistlər kəndi tərk etdikdən sonra özünə gəldikdə başqa bir müsibəti yaşayır: o, meyitlərin arasında can verən oğlunu tapır. Yeniyetmə atasının qolları arasında can verir. 2012-ci ildə ukraynalı tarixçi İvan Dereyko faciəyə həsr etdiyi monoqrafiyasında yazır ki, hazırda Xatın kəndində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə - övladını qolları arasına almış ata heykəli məhz İosif Kaminskinin prototipidir.
Xatın dinc əhalinin kütləvi məhvinin simvolu kimi tarixə düşüb. 1969-cu ildə Xatın kəndinin mövcud olduğu yerdə xatirə kompleksi açılıb.