- Göy rəngdə verilmiş cümlədə (səh. 156) hansı söz məhəlli xarakter daşıyır?
- Nəş və meyit eyni mənaya malik sinonim sözlərdir. Mətndə meyit sözünü nəş sözü ilə
əvəz edin. Hansı
cümlədə əvəz etmək mümkün oldu?
- Mötərizədə verilmiş sözlərdən (səh. 156-158) uyğun olanını seçib cümlələri tamamlayın.
- Kursivlə fərqləndirilmiş cümlələrdə (səh. 156) durğu işarələrini bərpa edin.
- Mətndə üç nöqtə işarələrinin qoyulma səbəbini izah edin.
- Altından xətt çəkilmiş cümlənin (səh. 159) tabeli mürəkkəb cümlə olduğunu əsaslandırın.
- Tünd şriftlə verilmiş cümləni (səh. 159) mürəkkəb cümlə şəklində yazın.
- 156-cı səhifədə tünd şriftlə verilmiş cümlənin vasitəsiz nitqə uyğun sxemini qurun.
- 157-ci səhifədə altından xətt çəkilmiş cümlədə götürüb sözünü hansı sözlə əvəz etsək,
düzgün
olar?
- Qırmızı rəngdə verilmiş cümlələri (səh. 158) dil normalarına uyğun yazın.
-
2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi
münaqişə haqqında, mərdlik, rəşadət nümayiş etdirib qəhrəmancasına həlak olmuş zabit və
əsgərlərimizin döyüş fəaliyyəti ilə bağlı məlumat toplayıb təqdimat hazırlayın və ya mətn tərtib
edin.
Mətnləri qəzet maketiniz vasitəsilə təqdim edin.
- Aprel hadisələrinin ildönümü ilə bağlı tədbir hazırlayın. Döyüş iştirakçılarını,
qəhrəmancasına
həlak olmuş döyüşçülərimizin ailə üzvlərini tədbirinizə dəvət edin.
- Tədbirinizin keçirilməsi haqqında elan hazırlayın.