Mətndəki ana obrazını “At, o qara örpəyi" mətnindəki ana obrazı ilə müqayisə edin. Hər iki
obrazda Azərbaycan qadınına məxsus hansı keyfiyyətləri müşahidə etdiniz?
Cəmil kişinin Vüqarın məzarını ziyarət etmək epizodu ilə müəllif nəyi göstərmək istəmişdir?
C.Cabayevin sözlərini (səh.156) Cəmil kişinin hərəkəti ilə əlaqələndirin. Sizcə, Vüqarın
igidliyi Mete xanın sözlərinin (səh.156) təsdiqi ola bilərmi?
Vüqar obrazını oğul, əsgər, zabit və qəhrəman kimi
səciyyələndirin.
Mətndə hansı suala cavab var?
Əsər nə üçün baharın təsviri ilə başlanır?
Ana nə üçün oğlunu böyük sevinclə cəbhəyə yola salır?
Vüqarın Şəhidlər xiyabanında dəfn olunmasını kim təklif edir?
Vüqar nə üçün döyüşdən əvvəl zabitlik kursuna oxumağa gedir?
Yaralı zabiti ermənilər nə üçün Kürdmahmudlu kəndində dəfn edirlər?
Mətnin məzmununu yığcam şəkildə nəql edin.
Müzakirə
"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixdə fərman
imzalanmışdır.
29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir.
"Azərbaycanın Milli Qəhrəmanı" adı "Azərbaycanın Milli Qəhrəmanı adının müəyyən olunması haqqında"
Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli Qanunu ilə müəyyən olunmuşdur.
Təsis edilən adlarla bağlı yazılar hansı üsluba aid edilməlidir?
Şəhid, Milli Qəhrəman və Xalq qəhrəmanı ifadələrinin məna fərqini müəyyənləşdirin və bu adların hər
birinin kimə və nə üçün verilməsi haqqında fikir yürüdün.
Yaşıl rəngdə verilmiş cümlələrdə (səh. 156, 159) hansı sözlər sinonimdir?
Dəfn olunmaq sözünün yerinə basdırılmaq sözü işlənə bilərmi? Niyə belə hesab edirsiniz?
Əgərdöyüşçünü basdırdılar ifadəsi işlənərsə, ədəbi dilin hansı norması pozular?