DİLİM
F...zuli zirvəli, Vaqif axarlı,
Mənim Qorqu... dilim, Ələs...ər dilim!
Ömrümün na...ışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!
Dərdli anaların bağrından qopan,
Neçə yol dağlanıb, əzilən dilim.
Ruhuma işləyən, qanıma hopan
Sazın pərdəsindən süzülən dilim!
Bayatı beşiyi, layla yuvası,
Mənim tarlı dilim, kamanlı dilim.
Kiməsə həmişə bahar havası,
Kiməsə həmişə dumanlı dilim!
Buluddan sıyrılıb, Günəşdən çıxıb,
Göylərin taxtından enib gəlmisən!
Ölməz dahilərin əlini sıxıb,
Tanrı qüdrətinə dönüb gəlmisən!
Dünyanın qəlbinə yatan dilimin
Özülü bir ölməz ruhdadı, bəlkə
Budağı bu günə çatan dilimin
Kökü Adəmdədi, Nuhdadı, bəlkə
Zəlimxan Yaqub