Ana istəyirdi ki, başqaları da Vüqarı tanısın. Bilsinlər ki, bu təpənin ətəyində dəfn olunan şəhid kimdir? Nə üçün o məhz burada - Kürdmahmudlu kəndinin yaxınlığında torpağa tapşırılıb. Bütün bunları fikrindən keçirən Məryəm söhbətinə əvvəlki illərdən başladı:
- Oğlum həmişə cəbhəyə can atırdı. Əvvəllər ona yalvarırdım ki, ay bala, bəs sən getsən, mən kiminlə qalacam? Anana yazığın gəlsin, getmə. Xocalı faciəsindən sonra isə Vüqarın yolundan çəkildim. Fikirləşdim ki, qoy gedib vuruşsun,düşmənlərdən qisas alsın. Bir neçə gündən sonra o, hərbi komissarlığa getdi. Oradan isə onu Füzuli tərəfə göndərdilər. Tez-tez oğlumdan məktub alırdım. Yazdığı məktublardan övladımın qoxusunu alır, sağ olduğunu bilirdim.
Döyüşlərə getdiyi gündən səkkiz ay sonra sağ-salamat evə qayıtmışdı. Elə bildim, həmişəlik gəlib. Vüqarın gəlişinə nə qədər sevindim, ilahi! Sən demə, onu şəhərə zabitlik kursunda oxumağa göndəriblər. Bildim ki, Vüqarı fikrindən döndərə bilməyəcəm. Odur ki day heç nə deməyib, xeyir-dua verdim. Bir neçə ay oxuyandan sonra yenidən Füzuliyə qayıtdı. Əvvəl döyüşlərə əsgər kimi getmişdi, ama indi onun çiyinlərində zabit paqonları var idi. Oğlumu böyük (sevinc içində, sevinclə) cəbhə bölgəsinə yola saldım. Çalışırdım ki, yol üstündə ağlayıb onun ovqatını korlamayım. Sevincinə acı göz yaşlan qatmayım. Bu, Vüqarımın son gedişi oldu...
- Bir neçə dəfə evə məktub yazdı. Sonra isə məktubların arası seyrəldi. Daha oğlumdan əvvəlki kimi tez-tez kağız almırdım. Düşünürdüm ki, yəqin, yazmağa vaxt tapa bilmir. Sonra isə daha məktublar gəlmədi.
...Bir gün hərbi komissarlıqdan evimizə gələn nümayəndə oğlumun bu kənddə - Kürdmahmudlu uğrunda gedən döyüşlərdə yaralı vəziyyətdə əsir düşdüyünü bildirdi. Mən Vüqara bələd idim. Bilirdim ki, o, düşmən əsirliyində qalan oğul deyil. Ona görə də bu xəbəri (eşitdikdə, eşidəndə) artıq balamın həlak olduğunu bildim.
Oğlum haqqında bir az da ətraflı məlumat öyrənmək üçün səhər tezdən Beyləqana yola düşdüm. Fikirləşdim ki, heç olmasa, əsirlikdə olmuş həmin adamları tapıb görüşərəm, oğlumun meyitinin yerini soruşaram. Mənzil başına çatan kimi birbaşa rayonun mərkəzi xəstəxanasına üz tutdum. Burada Səxavət həkimi soraqladım. Dedilər ki, cərrahiyyə otağındadır. Xeyli gözləyəndən sonra, nəhayət ki, balamın ömrünün son dəqiqələrində yanında olmuş bu insanla görüşdüm. Tanışlıq verəndən sonra həkim kövrəldi, sonra özünə toxtaqlıq verib Vüqardan danışdı:
- Düşmənin əlinə keçəndə onlar üstümdəki sənədlərdən həkim olduğumu bilib məni öz yaralılarını m...alicə (ü, u) etməyə məcbur etdilər. Sonra dedilər ki, burada huşsuz vəziyyətdə
azərbaycanlı bir zabit də var. Ona da bax, özünə gəlsin. Ağır vəziyyətdə olan yaralı zabiti - sizin oğlunuzu müayinə etdim. Güllələr kürəyindən və ayaqlarından dəymişdi. Amma yaşamağına üm...d (i, ü) var idi. Onu ölümün pəncəsindən almaq üçün vaxt itirmədən əməliyyata başladım. Vüqarın bədənindəki güllələri çıxarıb yaralarına tikiş qoydum, sistem köçürdüm.