Vətən uğrunda ölüm həyatın davamıdır.
Məndən yəhərimi istəyin, verim, atımı istəyin, verim. Lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin, vermərəm.
✓ Epiqraflarda ifadə olunan fikrə münasibət bildirin.
Təbiətin gözəl vaxtları idi. Necə deyərlər, gül gülü, bülbül bülbülü çağırırdı. Hər tərəfdə bir oyanış, bir təntənə var idi. Çöllər, düzlər yaşıl dona (bürünmüşdü, bürünmüşdür). Ağacdan-ağaca, budaqdan-budağa atılan quşlar civ-civ civildəyib ətrafa səs salırdı. ...Bu gözəlliyi seyr edən Məryəm kəndə çatmağa az qalmış Cəmil kişiyə oğlunun məzarına gedən yolu göstərdi. Sürücü torpaq yolla kənddən bir az aralıda olan yüksəkliyə yaxınlaşdı.Məryəm Zəhmət olmasa burada saxlayın dedi.
Cəmil kişi ətrafa göz gəzdirsə də qəbiristanlıq görmədi. Sakitcə yaxınlıqdakı təpəyə tərəf addımlayan ananın ardınca getdi. Ona çatıb soruşdu
Ay Məryəm bacı, bəs uşağın məzarı hansı tərəfdədir Axı heç buralarda qəbiristanlıq yoxdur
Məryəm əlini bir az irəlidəki təpənin arxasına tərəf uzadıb: “Oğlumun məzarı bax oradadır”, - dedi.
...Məzar daşından ona qartal baxışlı bir oğlan boylanırdı. Sürücü onun ad-familiyasını oxudu: “Bayramov Vüqar Tapdıq oğlu 1972-1993”.