- Mətndə altından xətt çəkilmiş sözləri hansı sözlərlə əvəz etsəniz, məzmun dəyişməz?
- Mətndə (səh. 152) kursivlə fərqləndirilmiş ifadələrdə durğu işarələrinin düzgün
işləndiyini
əsaslandırın.
- Mətndə (səh. 152) birinci abzasda hansı cümlələrdən sonra əlavə cümlələrə ehtiyac
var?
- Mətndə (səh. 154) qırmızı rəngə verilmiş cümlədə hansı söz artıqdır?
- Mətndə (səh. 154) tünd şriftlə verilmiş sözlərin ismin hansı halında olduğunu
müəyyənləşdirin.
- Bilgəh və Nardaran haqqındakı məlumatları seçib qruplaşdırın. Qruplaşdırdığınız
məlumatlar əsasında
hər iki kənd haqqında ayrıca mətn tərtib edin.
- “Tərtib edəcəyiniz mətn rəsmi üslubda olacaq” fikri ilə razısınızmı? Niyə? Mətnin
dilini 140-143-cü
səhifədə abidələrin qorunması ilə bağlı verilmiş qanunun dili ilə müqayisə edin. Hansı fərqli və
oxşar cəhətləri gördünüz? Fikrinizi nümunələrlə əsaslandırın.
- Adı çəkilən ərazilərin müasir görkəmi haqqında məlumat toplayıb “Bunları bilmək maraqlıdır”
başlığı altında mətn tərtib edin. Həmin mətnləri qəzet maketinizdə yerləşdirin.
- Azərbaycan toponimlərinin toplanması, sistemləşdirilməsi ilə bağlı bir layihə keçirin.
Toponim -
hər hansı bir
yerin coğrafi
adıdır.
- Əziz şagirdlər! Yaşadığınız bölgənin, şəhərin, rayonun, kəndin adı ilə bağlı məlumat toplayıb
təqdimat hazırlayın, kiçik mətnlər tərtib edin.
- Əgər bu barədə elmi məlumat əldə edə bilmirsinizsə, yer adları ilə bağlı əfsanə və
rəvayətlər
toplayın.
- Yazılarınızın üslub, dil normaları baxımından düzgünlüyünə əmin olduqdan sonra
sosial
şəbəkələrdə paylaşın, yaşadığınız yerlə bağlı fikirlərinizi, düşüncələrinizi hamı ilə bölüşün.