Dəniz sahilində daha iki kənd vardır: Bilgəh və Nardaran. 1813-cü ilin məlumatlarına əsasən, Bilgəhə nisbətən Nardaranda əhali çox olub. Həmin illərdə Bilgəhdə cəmi 93 nəfər adam yaşayırdısa, Nardaranda 139 nəfər əhali olub. Bilgəh xan hüququnda olan Qayıb bəy tərəfindən, Nardaran isə Kərim bəy tərəfindən idarə olunurdu. Bu iki qonşu kənd öz coğrafi şəraiti və əhalisinin məşğuliyyəti etibarilə də bir-birinə yaxın idi. Hər iki kənd başlıca olaraq zəfəran əkirdi.
Xəzri küləkləri Abşeronun bu kəndlərində çox gü...lü (c, ç) olurdu. Xəzri küləkləri hündürlüyü üç-dörd metrə çatan narın qum təpələrini tez-tez bir yerdən başqa yerə sovururdu. Yay aylarında yerlilər bağlara köçdükləri zaman evləri, demək olar, qazıb qumun altından çıxarırdılar. Bu kəndlərin balıqçılıqla məşğul olan əhalisi dənizdə həmişə ölüm-dirimlə əlbəyaxada idi. Lakin bu kəndlərin fərqi orasında idi ki, Nardaranda çoxlu nar ağacları əkildiyi halda, Bilgəhdə barama bəsləməklə məşğul olan əhali tut və cökə ağacları əkməyə məcbur idilər. Kəndlərin adları da əhalisinin məşğuliyyətinə müvafiq olaraq adlanırdı. “Nardaran” iki sözdən “nar” və “daran” sözlərindən düzəlmişdir. “Daran” farsca “olan” mənasında işləndiyindən kəndin adı “nar olan yer” kimi tanınmışdı.
Bilgəh kəndində vaxtilə çoxlu tut ağacları əkildiyi və əhali baramaçılıqla məşğul olduğu üçün etnoqraf N.Zeytlits iddia edir ki, “Bilgəh” sözü mənası baramaqurdu olan “pilə” və “gah” sözlərindən əmələ gəlmişdir. O vaxtlar Bilgəhdə baramaçılıq, doğrudan da, çox inkişaf etmişdi. Hasil edilən ipək Bakı və Şamaxı şəhəri vasitəsilə bazarlara çıxarılır, ya da gəmiləri Bilgəh sahillərinə yan alan tacirlərə birbaşa satılırdı. 1301-ci ildə Nardaranın şimal hissəsində ustad Mahmud ibn Səad tərəfindən dairəvi bir qala tikilmişdi. Qala dördbucaqlı olub və hər kün...ündə (c, ç) bür...ü (c, ç) olan hasar içərisinə alınmışdı. Qala 3 yarusdan ibarət olub, təxminən 12 metr hündürlüyündədir. Usta Mahmud ibn Səadın adma Şıx kəndinin məscidi və İçərişəhərdəki “Molla Əhməd” məscidinin divarlarında da rast gəlirik. Bu tikililər eyni usta tərəfindən qaldırılmışdır.