Mərdəkan kəndi də (keçmişdə, qədimdə) çox (kiçik, balaca) olmuşdur. XIX əsrin başlanğıcında/başlancığında burada cəmi yüz nəfərədək adam yaşamışdır. “Mərdəkan” sözü iki sözdən (düzəlmişdir, yaranmışdır): “Mərd” kişi, “kan” isə yer deməkdir, yəni “mərdlərin yaşadığı yer”. Deyilənə görə, Şirvanşah II Mənuçöhrün oğlu I Axsitanın dövründə, yəni 1175-ci ildə Şüvəlan və Mərdəkan sahillərindən Şirvan torpaqlarına basqın/baskın etmiş düşmənin 70 gəmidən ibarət donanmasının darmadağın edilməsində mərdəkanlılar da böyük mərdlik göstərmişlər. Ola bilsin ki, kəndə Mərdəkan adının verilməsi bu hadisə ilə bağlı olsun.
Mərdəkanda qədim zamanlardan iki qala mövcuddur. Bunlardan biri XII əsrdə şirvanşah Mənuçöhrün oğlu Axsitan tərəfindən tikilmiş dördkünclü qaladır. Görünür, bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə (ucaldılmışdır, yüksəldilmişdir). Qalanın hündürlüyü təxminən 22 metrdir. Bundan başqa, onun ətrafında təxminən 6-7 metr hündürlüyündə hasar da olmuşdur. Qala divarının qalınlığı aşağıda 2,1 metr, yuxarıda isə 1,6 metrdir. İçəri tərəfdən qala 5 (yarusa, mərtəbəyə) bölünür. Qalanın ətrafında qayada qazılmış 30-a qədər quyu tapılmışdır ki, bu quyular qalanın müdafiəçiləri üçün taxıl anbarları imiş. Qalanın yuxarısına daş pillələrlə qalxılır.
Aşağıdakı pilləkən yerdən təxminən 2 metr hündürdədir ki, bunun da ________.
İkinci qala dairəvi qaladır. Şıx qalası adlanan bu qalanın hündürlüyü 15,5 metrdir. Qalanın içərisi 3 yarusdan ibarətdir.
Qalanın üstündəki ərəb dilində olan tarixdən məlum olur ki, o, 1203-1204-cü illərdə tikilmişdir. Qalanın üstündəki 2-ci yazılı daş isə onun memar Əbdülməcid Məsud oğlu tərəfindən inşa edildiyini göstərir.