Altından xətt çəkilmiş sözləri ifadə etdiyi məna baxımından fərqləndirin.
Sözlərdə vurğunun yerini müəyyən edin.
Şeirdə nida cümlələrinin işlənmə səbəbi nədir? Sizcə, rəsmi sənədlərdə
belə cümlələr işlənə bilərmi? Niyə?
Şeir hansı üsluba aiddir? Səbəbini izah edin.
Rəsmi sənəddən hər hansı bir maddəni seçin və “Yaşa, Azərbaycanım!”
şeirinin istənilən bəndi ilə müqayisə edin. Hansı oxşar və fərqli cəhətləri
gördünüz?
Şeirin 3-cü bəndində İşlənən vergül işarələrinin; 4-cü bəndin 2-ci misrasının
sonunda sual və nida işarəsinin işlənmə səbəblərini müəyyən edin.
Cümlələri müqayisə edin. Nə müşahidə etdiniz? Hansının işlənməsi daha
düzgündür? Niyə?