Yaxşı ki, babam mənimlə razılaşdı, yoxsa Allah bilir nələr olardı. (Ə.Babayeva)
Qapı da möhkəm idi, deyəsən poladdan hazırlanmışdı. (F. Güney)
Zaurun atası, geoloji-mineraloji elmlər doktoru, professor Məcid Zeynallı nə qazanmışdısa öz əlinin
zəhməti ilə uzun və çətin həyat mübarizələrində qazanmışdı. (Anar)
- Ki hissəciyini cümlələrdə ədat və bağlayıcı, ilə hissəciyini
bağlayıcı və qoşma kimi işlədin.
- Vergül işarəsinin işlənməsinə diqqət yetirin.
- Mötərizənin içində verilən sözlərdən uyğun olanını seçib cümlələri tamamlayın.
Prezident yarışda qalib gələn idmançıların boynuna medal (keçirdi, taxdı).
(Bərk, sərt, möhkəm) qayaların üstündə oturub dalğaların sahilə çırpılmasına tamaşa
edirdi.
Onun ayın sonunda aldığı (gəlir, qazanc, maaş) ailəsini dolandırmağa imkan verirdi.
- Dava, savaş, müharibə sözlərini cümlədə elə işlədin ki, onlar bir-birini
əvəz edə
bilməsin.
- Özünüz də belə nümunələr düşünün.
!
Sizcə, nitq prosesində lazım olan söz və ifadənin düzgün seçilməsi hansı praktik əhəmiyyətə
malikdir?
- 10-11-ci səhifələrdə verilmiş kəlam və mətnləri oxuyub bu nəticəyə gəldim ki, ...
cümləsindən
istifadə edərək kiçik mətn tərtib edin.
- Epiqrafdan istifadə edə bilərsiniz.
- Yazacağınız mətndə görkəmli şəxslərin fikirlərinə münasibət bildirin.
- Dili ilə bağlı fikirlərinizi bildirin.