Şeir hansı tarixi hadisəyə həsr olunmuşdur? Şeirdəki hansı misralar fikrinizi
təsdiq edə bilər?
Şeirin mövzu və ideyasını müəyyənləşdirin. Bunun üçün şair oxucuya hansı
hissləri aşılayır? sualı ətrafında düşünün və fikir mübadiləsi aparın.
Şair “Yaşa, Azərbaycanım!” şeirində nəyi əsas obyekt kimi seçmişdir?
a) vətəni
b) milləti
c) mənəvi sərvətləri
d) tarixi hadisələri
e) tarixi qələbəni
Şair seçdiyi obyektə necə münasibət bəsləyir? Hansı duyğularını ifadə edir?
Şeirin ilk misrasında yol sözü niyə böyük hərflə yazılmışdir?
Necə bilirsiniz, “Yaşa, Azərbaycanım!” şeirində surət varmı? Fikirlərinizi
əsaslandırın.
Şeir sizdə hansı duyğular oyatdı? Şeiri oxuyarkən hansı hissləri keçirdiniz?
Oxuduğunuz şeirlə şahidi olduğunuz hadisələr arasında oxşarlıq gördünüzmü?
Şeirdə tərənnüm edilənlər tarixi qələbəni əks etdirə bilibmi?
Şeirin hansı misrasında şair Azərbaycanı tolerant bir ölkə kimi təqdim edir?
3-cü bəndə əsasən xəritə hazırlayın. Nə müşahidə etdiniz?
Hansı sözləri mətn üçün açar söz seçərdiniz? Niyə?
Yol sözünün omonimliyini və çoxmənalılığını sxem əsasında müəyyənləşdirin.
Verilmiş izahlar mətndə altından xətt çəkilmiş hansı sözlərə aiddir?
• qanadlanmaq, qol-qanad açmaq
• qınından çıxmaq
• qoruyucu vasitə kimi istifadə edilən bir şey, qurğu