Yaşa, Azərbaycanım!
İllərlə Yol gözlədik - hər anı həsrət dolu,
Nəhayət, qılıncını siyirdi haqqın?qolu!
Qarabağa açdığın bu şanlı zəfər yolu
Gətirdi ruhumuzu cuşa, Azərbaycanım!
Yaşa, Odlar diyarı, yaşa, Azərbaycanım!
Şəhidlərin torpağa tökülən al qanısan,
Qazilərin Vətənə sipər olan canısan!
Qafqazda qartal kimi zirvələrin xanısan...
Toxunmasın yelkənin daşa, Azərbaycanım!
Yaşa, Odlar diyarı, yaşa, Azərbaycanım!
Bakıdan Zəngəzura meh əsir sərin?sərin...
Qəlbimdə?ki arzular Kürdən, Arazdan dərin!
Bir yanı Dərbənd eli, bir yanı Xudafərin...
Bir tərəfi müqəddəs Şuşa, Azərbaycanım!
Yaşa, Odlar diyan, yaşa, Azərbaycanım!
İblisi mələk etməz əyninə geyilənlər,
Boğazdan keçərmi heç işğalla yeyilənlər?!
Ürəkdən pərvazlanıb, ürəkdən deyilənlər
Əwəl?axır gələcək başa, Azərbaycanım!
Yaşa, Odlar diyarı, yaşa, Azərbaycanım!
Düşməni dost bilmişik, bitsin daha bu illət,
Amansız ayrılıqlar yaşatdı bizə zillət...!
Gedir sabaha doğru “iki dövlət - bir millət”:
Addımla Türkiyəylə qoşa, Azərbaycanım!
Yaşa, Odlar diyarı, yaşa, Azərbaycanım!
Qurban Təbiətoğlu