3.2. Bu Qanun habelə digər dövlətlərin ərazisində yerləşən coğrafi obyektlərin, eləcə də hər hansı dövlətin suverenliyinin və yurisdiksiyasının şamil edilmədiyi coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Maddə 4. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri
4.0. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
4.0.1. | coğrafi obyektlərin adları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsi; |
4.0.2. | coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilməsinin və dəqiqləşdirilməsinin təmin edilməsi; |
4.0.3. | coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılmasının təşkili; |
4.0.4. | coğrafi obyektlərin adları lüğətlərinin və soraq kitablarının nəşrinin təşkili; |
4.0.5. | coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılmasının təşkili; |
Maddə 5. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi
5.1. Coğrafi obyektin mövcud adı müvafiq dövlət orqanlarının və yerli özünüidarə orqanlarının sənədlərinə, rəsmi kartoqrafiya, soraq nəşrlərinə və digər mənbələrə, müvafiq ərazilərin əhalisinin, habelə mütəxəssislərin rəyinə əsaslanmaqla aydınlaşdırılır və bu Qanunun 5.5.1-5.5.4-cü maddələrində nəzərdə tutulan hallar olduqda dəyişdirilir.
5.2. Coğrafi obyektə verilən ad həmin coğrafi obyektin xüsusi əlamətlərini əks etdirməli və ad verilərkən ümumdövlət və ümumxalq mənafeyi, bu obyektin yerləşdiyi ərazinin coğrafi, tarixi, təbii və digər xüsusiyyətləri, həmin ərazidə yaşayan əhalinin rəyi nəzərə alınmalıdır. Coğrafi obyektin adı üç sözdən artıq olmamalıdır.
5.3. Coğrafi obyektə onun kəşfində, öyrənilməsində, yaxud əsasının qoyulmasında bilavasitə iştirak etmiş şəxslərin, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin, dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adı olmayan coğrafi obyektə verilə bilər.
5.4. Bir ərazi vahidi hüdudları daxilində eyni növlü bir neçə coğrafi obyektin eyni adla adlandırılmasına yol verilmir.
5.5. Coğrafi obyektin adı aşağıdakı hallarda dəyişdirilə bilər: