- 1-ci kəlamdakı cümlələrin quruluşuna görə növünü deyin və fikirlərinizi əsaslandırın.
- 2-ci mətndəki əsas fikri saxlamaqla cümlələri sadələşdirin.
- 3-cü mətndə altından xətt çəkilmiş cümlədə durğu işarələrini bərpa edin.
- 3-cü mətndə tünd şriftlə verilmiş sözün qrammatik mənasını deyin və onu elə sözlə əvəz edin ki,
məzmuna xələl gəlməsin.
- 3-cü mətndə altından xətt çəkilmiş cümlələrdə hərəkət bildirən hansı söz yerində
işlədilməmişdir? Onu hansı sözlə əvəz etsək, daha məqsədəuyğun olar?
- 4-cü mətndə nida işarələrinin işlənməsinə səbəb nədir?
- K.Uşinskinin fikirlərində 2-ci və 3-cü cümlələrdə hansı söz çıxarılsa, cümlə daha düzgün olar?
Fikirlərinizi sübut edin.
- 7-ci mətndə altından xətt çəkilmiş ifadələrin ismi, yoxsa feili birləşmə olduğunu
əsaslandırın.
- 7-ci mətndə fərqləndirilmiş cümləni sintaktik təhlil edin. Sonra cümləni elə dəyişin
ki, span.
sxeminə tabe olsun.
- 7-ci mətnin birinci bəndinin üçüncü və dördüncü misralarında durğu işarələrinin işlənməsində
hansı səhvə yol verilmişdir?
- Cümlələri müqayisə edin.
Şeirdə
Nə dil səndən utansın,
Nə sən dilindən utan.
Şifahi nitqdə
Nə mən sənə heç nə deməmişəm, nə də sən heç nə eşitməmisən.
- Hansı cümlələrdə feillər düzgün işlədilmişdir? Səbəbini izah edin.
29. Hansı cümlələrdə durğu işarələrindən düzgün istifadə olunmayıb?
Amma külək getdikcə şiddətlənir, dənizdəki dalğalar daha da böyüyürdü, hərçənd ki, bunlar sonralar bir
çox dəfə gördüyüm, hətta, bu əhvalatlardan, bir neçə gün sonra gördüyüm, dəhşətli fırtınalara heç
bənzəmirdi. (D.Defo)
Uşaqlıq haqqında kimin xatirəsi yoxdur ki. Kim bu barədə ürək dolusu danışmaq istəməz.
(G.Hüseynoğlu)