Mətnlər yalnız yüngül, axıcı ritmi, bitkin forması, sadə dili ilə deyil, həm də məntiqi əsaslılığı, öyrətmək istəyi ilə də diqqət çəkir.
Amma yeri gəlmişkən qeyd edək ki, əlifba üçün şeir yazmaq ənənəsində çox uğurlu nümunələr Vaqif Bəhmənlinin “Əlifba”, Sevinc Nuruqızının “Əlifba”sında var. Məsələn,
Mobil Quluzadənin “Mənim gül balam” adlı kitabındakı “Yarpaq” şeirində deyilir:
Bir obrazın bu qədər fərqli çalarını qeyd etmək, ona bu qədər fərqli yöndən yanaşmaq, xarakterini yaratmaq müəllifin istedadının göstəricisidir. Amma şeirdə redaktə qüsurunun, fikir-məntiq qüsurunun olmaması bir yandan istedadla bağlıdırsa, digər tərəfdən də söz qarşısında duyulan məsuliyyətlə, hər misranın, hər fikrin ölçüyə salınması prosesində çəkilən zəhmətlə bağlıdır.
Məqsədimiz “Uşaqlar üçün necə yazmaq lazımdır?” sualı üzərində daha əsaslı düşünməyə, göstərilən qüsurların varlığına göz yummamağa, işin məsuliyyətini və ağırlığını özümüzə bir daha xatırlatmağa çalışmaqdır. Biz buna cəhd göstərdik. Düşünmək isə şeir müəlliflərinə qalır...
Komel Çukovski yazır ki, uşaq şeirində “hər misrada rəssam üçün material olmalıdır, çünki kiçik uşaqların təfəkkürü istisnasız olaraq obrazlıdır”. Uşaq şeirində “obrazların dinamikliyi”, “ritmin dinamikliyi”, “poetik nitqin musiqililiyi”, “hər sətrin öz həyatını yaşaması və ayrıca bir orqanizm olması”, “şeirin həm də bir oyun olması”, “şeirin həm də böyüklər üçün olması” və ən nəhayət, “bizi uşaqlara doğru deyil, uşaqları bizə uyğunlaşdırmaq məqsədi daşıması” vacibdir.