Tutaq ki, sizə “Gəlin yaxşılıq edək” devizi altında aksiya keçirmək tapşırılıb.
- Aksiyanın məqsədini müəyyənləşdirin.
- Aksiyanın planını tərtib edin.
- Planı məktəb rəhbərliyi ilə müzakirə edin.
- Aksiyanı hansı formada keçirəcəyinizi düşünün.
- Daha çox şəxsin iştirakını təmin edin.
- Vəzifə bölgüsü aparın.
- Keçirilmiş aksiya ilə bağlı məruzə hazırlayın. Məruzəni qəzet maketinizdə yerləşdirin.
- Məruzənizin orfoqrafik cəhətdən düzgünlüyünə əmin olun.
Məruzə yazmaq üçün aşağıdakı ardıcıllığa riayət edin.
- Məruzənin mövzusu (seçmək)
- Mövzuya aid ədəbiyyat:
a) biblioqrafik məlumat
b) ədəbiyyat üzərində işləmək
- Məruzənin planını tutmaq
- Məruzəni hazırlamaq:
a) giriş
b) əsas hissə
c) nəticə
- Məruzənin edilməsi
- Məruzənin müzakirəsi
Son söz (düzəliş və əlavələr)