H.Z.Tağıyev məscidin tikinti xərclərinin bir hissəsini öz üzərinə götürmək istəsə də, Nabat xanım Əgər məscid tikdirmək
istəyirsinizsə gedin özünüzə ayrı bir məscid tikdirin deyərək buna qəti etirazını
bildirmişdir.
Nabat xanımın xeyriyyə işləri təkcə Təzəpir məscidinin inşası ilə məhdudlaşmır. Səxavəti və xeyirxahlığı
ilə ad qazanmış bu böyük insan Şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul ayırmışdır. Sabunçu
xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş (...), ovaxtkı Tatar küçəsində
(indiki A. Topçubaşov küçəsi) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıb və kimsəsizlər
üçün pulsuz işləyərmiş. Nabat xanım həftənin cümə günləri öz evinin qapısını taybatay açar və bir ana
qayğısı ilə kasıb camaatı qonaq edərmiş. Qonaq olan ehtiyac sahiblərinə təkcə yemək verməklə
kifayətlənməz, gedərkən pul, yaxud da ərzaqla onlara yardım edərmiş (...). Bütün bu köməkliyi
göstərərkən simasındakı təbəssümə xələl gətirməyən bu təvazökar xanım insanlara son dərəcə qayğı və
mehribanlıqla yanaşarmış.
Əsəd Aslanoğlu, “İşıq” jurnalından, 2012-ci il
- Təzəpir məscidini Nabat xanım, el arasında Göy məscid kimi tanınan Əjdərbəy məscidini isə
Əjdər bəy Aşurbəyli tikdirmişdir cümləsini hansı abzasa əlavə etsək, özündən əvvəlki
cümləyə
aydınlıq gətirər?
- 1-2 cümlə yazıb mətnin sonuna əlavə edin. Elə cümlələr yazın ki, yekun fikir kimi səslənsin.
- Hansı xüsusiyyət mətnin publisistik üslubda olmasını deməyə əsas verir?
- Mətndə hansı suala cavab yoxdur?
- N.Aşurbəyli nə üçün H.Z.Tağıyevə müraciət edir?
- Təzəpir məscidinin İçərişəhər qala divarının yanında tikilməsinə kim icazə vermir?
- Nabat xanımın xalqı qarşısında ən böyük xidməti nədir?
- Təzəpir məscidinin əvvəlcə harada tikilməsi planlaşdırılmışdı?
- Təzəpir məscidi hansı kilsədən hündür olmamalı idi?
- Mətnə əsasən N.Aşurbəylinin vəfatı tarixini müəyyən edin.
- Nabat xanımla Ceyn Adamsın fəaliyyətini müqayisə edin və aşağıdakı cümləni tamamlayın.
Millətindən, irqindən asılı olmayaraq, ________________________
______________________________________________________________
- Mətnin məzmununa uyğun atalar sözü söyləyin.
- Mətndən hansı tarixi faktları öyrəndiniz?