Təzəpir məscidinin tikintisinin maraqlı tarixçəsi vardır. 1893-cü ildə Bakı camaatı şəhər quberniyasına müraciət edərək İçərişəhər qala divarının yanında, indiki Sabir bağının yerində məscid tikintisinə icazə verilməsini xahiş edir. Lakin ovaxtkı çar hökuməti Bakının bu baxımlı yerində möhtəşəm bir müsəlman abidəsinin ucaldılmasına icazə vermir məscidin o vaxt şəhərin kənarı
Aşağıdakı məlumatlardan İstifadə etməklə rəngli çərçivənin yerinə lazım olan adı yazın.
sayılan Yuxarı Dağlı məhəlləsində tikilə biləcəyi bildirilir. Beləliklə, Yuxarı Dağlı məhəlləsində tikiləcək məscidin - Təzəpirin yeri müəyyənləşdirilir. Hazırda həmin küçə adlanır.
Layihəyə əsasən tikiləcək məscid Şərqin ən görkəmli dini abidələrindən biri olacaqdı. O, şəhərin hər yerindən görünməli, uca minarələri Bakı günəşinin parlaq şüaları altında bərq vurmalı idi. Lakin burada da imperiyanın iç üzü özünü göstərir. Hazırlanan layihə quberniya dini işlər idarəsi pravoslav ruhanilərinin fitvası ilə qəbul olunmur və memar Zivər bəyə ciddi xəbərdarlıq edilir ki: “Məscid yaxınlıqda yerləşən Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır”. Quberniya idarəsi minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir.
Əgər, o, minarə, ikimərtəbəli, olmaq, o, öz, hündürlük, və, yaraşıq, görə, elə, həmin, dövr, 1897-ci il, məscid, yaxınlıq, tikilmək, xalq arasında, “Qızıl kilsə”, adlanmaq, “Aleksandr Nevski”, pravoslav kilsə, kölgə, qoymaq.
Bu xəbərdarlıqdan sonra Zivər bəy layihədə ciddi dəyişiklik etmək məcburiyyətində qalır və Təzəpirin indiki layihəsini hazırlayır. Uzun çətinlikdən sonra, nəhayət, 1905-ci il iyulun 3-də məscidin təməli qoyulur.
Deyilənə görə, Nabat xanım hər gün tikinti yerinə gələr, hər gəlişində də fəhlələrə pul, ərzaq paylatdırarmış.