14. Nə tökərsən aşına, o da çıxar qaşığına. 15. Daldan atılan daş topuğa dəyər. 16. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. 17. Dəmir işləndikcə paslanmaz. 18. Dil yarası qılınc yarasından yamandır.
Təsəvvür edin ki, yaxın dostunuz, tanışınız və ya bir başqası ilə C.L.Adams haqqında danışırsınız. Həmin danışığı yazı vasitəsilə canlandırmağa çalışın. Mətni elə tərtib edin ki, o, məişət üslubunun tələblərinə cavab versin.
C.L.Adamsın həyat və fəaliyyətini əks etdirən kiçik bir hekayə yazın.
Mətnin (səh. 124-125) üslubunu qorumaqla onu yığcam şəkildə yazın.
Bədii üslub | Publisistik üslub | Məişət üslubu | |
oxşar cəhətlər | |||
fərqli cəhətlər |