- Mətndə (səh. 124) fərqləndirilmiş cümlədə vergül işarəsi səhv qoyulmuşdur. Sizcə, səhv
nədədir?
- Mətndə (səh. 125) altından xətt çəkilmiş cümlələri bir cümlə şəklində yazın. Cümlələri elə qurun
ki, xeyriyyə və təşkilat sözlərinin hərəsindən yalnız bir dəfə istifadə olunsun.
- Mətndə (səh. 125) tünd şriftlə verilmiş cümləni sintaktik təhlil edin.
- Mətnin (səh. 125) sonunda üç nöqtə işarəsinin qoyulma səbəbini izah edin.
Üç nöqtə durğu işarəsidir. Ondan aşağıdakı hallarda istifadə olunur:
- Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda üç nöqtə qoyulur.
- Cümlənin əvvəlində qoyulan üç nöqtə mətnin müəyyən hissəsinin ixtisar edildiyini bildirir.
- Yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur. Məsələn:
On manat, bəlkə... (Ə.Haqverdiyev)
Sitatlar da ixtisarla verildikdə onlardan əvvəl və sonra üç nöqtə qoyulur.
- Bədii ədəbiyyatdan üç nöqtə işarəsi ilə işlənmiş cümlələr seçin və onların nə məqsədlə işləndiyini
deyin.
- Oxuyun. Məzmun baxımından eyni olan atalar sözlərini qruplaşdırın.
1. Qalan işə qar yağar. 2.Nə əkərsən, onu biçərsən. 3. Sonrakı peşmançılıq fayda verməz. 4. İş insanın
cövhəridir. 5. Özgəyə quyu qazan özü düşər. 6. Ağac dibindən su içər. 7. Qələmin ucu, qılıncın gücü. 8.
Əldən qalan əlli il qalar. 9. Bu günün işini sabaha qoyma. 10. Ağıl ağıldan üstündür. 11. Dil var, bal
gətirər, dil var, bəla. 12. Qələm qılıncdan itidir. 13. Quyuya su tökməklə sulu olmaz.