Gündəlik həyatda, ailədə insanların istifadə etdikləri ədəbi dil məişət üslubuna aid edilir.
Şifahi şəkildə mövcud olan məişət üslubunun əsas əlaməti sərbəstlik və təbiilikdir. Şəxs məişət üslubunda istədiyi kimi danışmamalı, hər söz və ifadəni işlətməməlidir.
Digər üslublar kimi, məişət üslubu da ədəbi dilin qayda-qanunlarına tabe olmalıdır.