- Mətndə (səh. 119) altından xətt çəkilmiş ifadədə idarə olunmaq sözünü hansı sözlə əvəz etsək,
daha düzgün olar?
- Uyğunluğu düzgün müəyyənləşdirin.
- Tarixin səhifələri birləşməsində səhifə sözünün həqiqi və ya məcazi
mənada işləndiyini deyin.
- 2-ci və 5-ci çərçivədə (səh. 118) nəhayət sözünün işlənmə məqamlarına diqqət yetirin. Hansı söz
yerində işlənmişdir və yaxud işlənməmişdir? Fikrinizi sübut edin. 2-ci çərçivədə nəhayət sözünü
hansı sözlə əvəz etsəniz, daha düzgün olar? 5-ci çərçivədəki nəhayət sözü yerinə düşürmü?
- Sözlərin antonimlərini tapın.
- Bir dul qadın, dul bir qadın birləşmələrindəki bir sözünün qrammatik
mənalarını fərqləndirin.
- Qırmızı rəngdə verilmiş sözlərə uyğun şəkilçilər artırıb cümləni tamamlayın.
- Çərçivədə verilən cümləni elə dəyişin ki, o, tabesiz mürəkkəb cümlə olsun və aşağıdakı sxemə
uyğunlaşsın.
- Fərqləndirilmiş cümlənin sxemini qurun. Cümləni sadə cümləyə çevirmək olarmı? Niyə?