Mətn C.Qarsianın hansı tövsiyəsi ilə (səh. 94-95) üst-üstə düşür?
Sizcə, oğulun həyatda özünü təsdiqində hansı obyektin rolu böyükdür?
Niyə belə hesab edirsiniz?
Atalar sözlərini məzmun baxımından uyğunlaşdırıb tamamlayın.
1
Bir işi bitirməyincə
2
Bilməmək eyib deyil
3
Tənbəl deyər Bu gün oynaram sabah oxuyaram
4
Ağıllı baş
a
soruşmamaq eyibdir
b
hər şeydən mənfəət götürər
c
o biri işə başlama
ç
ağıllı deyər Bu gün oxuyaram, sabah oynaram
Hansı atalar sözü mətnin məzmununa daha uyğundur?
Durğu işarələrini bərpa edin.
Hansı atalar sözü vasitəsiz nitqə nümunədir? Həmin cümlənin sxemini qurun.
Siz mütaliə edirsinizmi? Siz öz mütaliə səviyyənizdən razısınızmı?
Oxumaq üçün hansı mövzuda yazılmış əsərlərə üstünlük verirsiniz? Oxuduğunuz kitablar sizə necə təsir edir? Fikirlərinizi yoldaşlarınızla bölüşün.