1- ci mətndə çərçivəyə alınmış sözlərin tələffüzünü yazın, fərqli məqamları
göstərin.
2- ci mətndə tünd şriftlə verilmiş sözlərdə “q” səsinin tələffüzünə diqqət
yetirin.
4 və 8-ci nümunələrdə tünd şriftlə verilmiş sözlərin tələffüzündə hansı oxşarlıq var?
Dil haqqında mütəfəkkirlərin, şairlərin fikirlərini oxuyun. Bütün mətnlər üçün
ümumi olan açar sözü müəyyənləşdirin.
“Dil”, “ana dili” dedikdə nə başa düşürsünüz?
Dilin insan həyatındakı ictimai-siyasi rolu haqqında sizin fikriniz nədir?
İnsanın dili ilə xarakteri, dili ilə mövqeyi arasında müəyyən əlaqə varmı? Fikrinizi
nümunələrlə
əsaslandırmağa çalışın.
Heydər Əliyev və Konstantin Uşinskinin kəlamlarında ortaq cəhət nədir? Həmin cəhəti
müəyyənləşdirib münasibət bildirin.
Birinci mətndəki fikirlə sonrakı mətnlərdə olan fikirlərin məntiqi əlaqəsini izah edin.
Şairlərin bənzətmələrdən istifadə etməkdə məqsədi nədir? Sizcə, T.Bayram nə üçün ana
dilini
bilməyənləri məhz Vaqif və Vurğunun nifrət səsi ilə qarşılaşdırır?
Nə üçün 2-ci və 3-cü mətnlərdə bənzətmələrdən istifadə olunmamışdır?
Aşağıdakılardan hansı Rəsul Rzanın demək istədiyi fikirdir?
Şair insanları yalan, böhtan söyləməkdən, hiylə işlətməkdən uzaq olmağa çağırır.
Şair dilini o qədər ali, uca, əzəmətli bir varlıq hesab edir ki,
həmin dildə böhtan
atılmasını, lazımsız sözlər deyilməsini rəva görmür.
Fikirlərinizi əsaslandırın.
Ömər Faiq Nemanzadə ilə Tofiq Bayramın hansı fikirləri üst-üstə düşür?
3-cü mətnin dilindəki hansı xüsusiyyət onu digərlərindən fərqləndirir?