6 Daha sonra başqa dillər gəldi. Gənc isə xəzinə... sirri... başqasına vermək istəmir və böyük bir (səbirlə, səbrlə) bütün bu dilləri öyrənirdi. Bir tərəfdən də, işsiz qalmasın deyə tərcüməçiliyə başladı. Çox keçməmiş ölkənin ən yaxşı tərcüməçilərindən biri oldu. Buna baxmayaraq, o oxumaqda davam edirdi. Daha sonra kitabda xəzinənin necə idarə olunmasından bəhs edilirdi. Beləliklə, gənc iqtisadiyyatı və ticarəti də öyrəndi. Sonrakı səhifələrdə isə qiymətli daşlara və metallara qiymət qoymaqdan söhbət gedirdi.