- Mətndə (səh. 112) qırmızı rənglə verilmiş sözü təsdiq bildirən hansı sözlə əvəz etsəniz, məzmuna
xələl gəlməz?
- Kursivlə fərqləndirilmiş cümlədə (səh. 112) qrammatik normanın pozulması halını müəyyənləşdirin.
1-ci abzasda bu hal daha hansı cümlələrdə müşahidə olunur?
- Mətnin (səh. 112) sonundakı cümlələrdən sonra üç nöqtə işarəsinin qoyulma səbəbini deyin.
- Mətnlərin publisistik üslubda olduğunu sübut edin.
- Vasitəsiz nitqin tələbinə uyğun olaraq durğu işarələrini bərpa edin. Altından
xətt çəkilmiş cümlələrdə vergülün işlənmə səbəbini izah edin.
Hər əməlin arxasında bir niyyət dayanır. İnsan kimə və niyə yaxşılıq etdiyini yaxşı bilməlidir.
Əslində, yaxşılıq da, pislik də, müəyyən mənada insanın xarakteridir. Bir dəfə Həzrət Əlidən
soruşurlar
Əgər siz birinə yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə, nə edərdiniz
İmam cavab verir
Əlbəttə, yaxşılıq edərdim
Əgər o yenə pisliklə cavab versə
Yenə yaxşılıq edərdim
Əgər o yenə pisliklə cavab versə
Yenə yaxşılıq edərdim
Bu necə olur ki, siz onun hər pisliyinə yaxşılıqla cavab verirsiniz
Həzrət Əli suala sualla cavab verir