- Mətndəki (səh. 112) hansı cümlə ikinci xəstənin pəncərə qarşısındakı çarpayıya keçmək məqsədini əks
etdirir?
- Sizcə, nə üçün palatanın aşağı tərəfində yatan xəstə pəncərəyə yaxınlaşa bilmirdi?
- Mətnlər (səh. 112-113) əsasında xalqımıza məxsus keyfiyyətləri sadalayın.
- Mətndə (səh. 112) çərçivəyə alınmış sözləri daha uyğun ifadə ilə əvəz edin. Sizcə, əvəz
etdiyiniz ifadə mürəkkəb feil, yoxsa frazeoloji birləşmə olmalıdır?
- Yoldan çıxardı frazeoloji birləşməsini həm həqiqi, həm də məcazi mənada cümlədə
işlədin.
- Mətnin (səh. 112) ilk cümləsində antonim sözləri müəyyənləşdirin.
- Altından xətt çəkilmiş cümlədə (səh. 112) hansı ifadənin işlənməsi leksik normanın
pozulmasıdır?
- Düymə sözünün aşağıdakı mənalarından hansı mətndə işlənmişdir?
- Qapının cəftəsi
- Paltarı bağlamaq üçün müxtəlif materiallardan düzəldilən əşya
- Tumurcuq
- Müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik
- Kök sözünün omonimliyini və çoxmənalılığını əsaslandırıb nümunələrlə sxemi tamamlayın.