- Rəssam işinə münasibət bildirin. Sizcə, şəkil mətnin (səh. 112) məzmununu mənimsəməyə xidmət
edirmi?
- Şəklin hansı müsbət və mənfi cəhətləri vardır? Təsəvvür edin ki, sizə şəkillə bağlı rəy
yazmaq tapşırılıb. Rəydə nə yazardınız?
- Necə düşünürsünüz, yalnız şəkil əsasında mətn tərtib etmək olarmı?
- Şəklin məzmununu daha dərindən əks etdirən şəkil çəkməyə siz də çalışın.
- Bunlardan biri mətnin (səh. 112) tipidir:
- • Nəqlidir.
- • Təsviridir.
- • Mühakimə xarakterlidir.
- Pəncərə yanındakı xəstə hansı məqsədlə hər gün “gördüklərini” xəstə yoldaşına danışırdı?
- Mətnə əsasən hər iki xəstəni xarakterizə edin.
- Mətndə (səh. 112) təsvir edilən hadisənin nə dərəcədə real olması ilə bağlı mühakimə yürüdün.