Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,
Analar şərəfinə alqışlar yüksəlirdi,
Bütün dillər elə bil xoş bir layla çalırdı,
Bir ana qucağında bir körpə aparırdı...
İşı...lanmışdı sanki zülmət-zülmət ölkələr,
Nur içində üzürdü uzaq, yaxın qitələr,
Hər an artan ordular azalmışdı elə bil,
Seyrəlmişdi elə bil,
Bütün hərbi bazalar yumşalmışdı elə bil,
Kövrəlmişdi elə bil,
Elə bil ki ölənlər, itənlər tapılırdı,
Bir ana qucağında bir körpə aparırdı.
Demə balaca idi demə ki kiçik idi
O mənim yurdum üçün lap əsl kişi idi,
Böyük bir nəsil idi o mənim xalqım üçün,
O bir bərəkət idi süfrəmdə ocağımda
Mənə elə gəlirdi o ana qucağında
Bir ordu aparırdı bir ölkə aparırdı
Bir ana qucağında bir körpə aparırdı.
Cabir Novruz