- Verilmiş söz, söz birləşmələri və cümlələrdən istifadə etməklə mətn tərtib edin. Mətni elə
tərtib edin ki, bədii üslubda olmasın. Təsvir etdiyiniz hadisələrə öz münasibətinizi də
bildirin.
oyuncaq mağazası, balaca qız, imkanlı ailənin uşağı olmaq, atası ilə oyuncaq mağazasına getmək,
rəngarəng oyuncaqlar, gəlincik, oyuncağın alınması üçün pulunun uyğunluğu, mağazadakı kasıb oğlan
uşağı, qarşılaşmaq, oğlanın oyuncaq almaq arzusu, çarəsizlik, boyama kitabları, yaxınlaşmaq, kassaya
pul ödəmək, mininci müştəri, oğlanın sevinci, səxavətli qız, xoşbəxtlik.
Cümlələr.
Qız: Ata, əlimdəki pullar bu gəlinciyə çatar?
Kassadakı qız: Bu günün mininci müştərisi
kimi bu hədiyyəni qazandınız.
Oğlan: Ata, əlimdəki pullar bu
oyuncağa çatar?
Ata: Qızım, bunu nə üçün etdin?
Qız: Bu pulu mənə verəndə “səni ən çox xoşbəxt edən bir şeyi al” demədinmi?