Şərq ölkələri ilə ticarət əlaqələrində
Venesiyanın Qara
dənizdəki ticarət mərkəzləri
əhəmiyyətli rol oynayırdı.
Azərbaycanda istehsal olunan
xam ipək Venesiya və Genuya
tacirlərinin əsas hədəfində
idi. Bu dövlətlərin tacirləri öz
ölkələrindəki toxuculuq müəssisələrinin
tələbatını Azərbaycandan
aldıqları xam ipəyin
hesabına ödəməyə çalışırdılar.
Genuya Respublikasını vasitəçilikdən
sıxışdırıb çıxardan Venesiya
Şərqlə ticarərətdə tam
üstünlüyə nail oldu. Venesiyanın
Aralıq dənizi ticarətindəki
üstün mövqeyi osmanlıların
Konstantinopolu ələ keçirmələrinədək
davam etdi.
Şərqlə vasitəçi ticarətdən
külli miqdarda gəlir əldə edən
tacirlər ayrı-ayrı şəxslərə faizlə
borc pul verir, nəticədə daha da
varlanırdılar. Təsadüfü deyil ki,
Avropada yaradılan ilk bank da
hələ XII yüzillikdə Venesiyada
fəaliyyətə başlamışdı. Burada
elə o vaxtdan veksel* və çek
sistemi* tətbiq olunurdu.
Şərqlə ticarət Venesiyada toxuculuq müəssisələrinin inkişafına təkan verirdi. Əl əməyinə əsaslanan, əmək bölgüsü və muzdlu əmək tətbiq olunan belə kiçik müəssisələr manufaktura adlanırdı. Müxtəlif ölkələrdən, xüsusilə Azərbaycandan gətirilən xam ipək, pambıq və yun burada toxunurdu. İstehsal olunan məhsul Avropa dövlətlərinə baha qiymətə satılır və yüksək mənfəət əldə olunurdu. Venesiya güzgüləri Azərbaycanla yanaşı, bir çox ölkələrdə şöhrət qazanmışdı.