İtaliyada mövcud olan
şəhər-respublikaların öz qanunvericiliyi,
inzibati idarəsi,
qoşunu var idi. Onlar pul zərb
etmək və gömrük yığmaq
hüququna malik idi.
XI-XV yüzilliklərdə Florensiya
İtaliyanın iqtisadi cəhətdən inkişaf
etmiş ən iri şəhər-dövlətlərindən
biri idi. Şəhərdə çoxlu
sayda iri mahud emalatxanaları
var idi. Burada muzdlu əmək
tətbiq olunurdu. Şəhərin varlı
ailələri arasında hakimiyyət
uğrunda mübarizə gedirdi. Nəticədə
Mediçi ailəsi qalib gəldi.
Onların sırasında varlı bankirlər və tacirlər var idi. Mediçilərin hakimiyyəti zamanı Florensiya daha da inkişaf etdi.
XIV yüzilliyin ortalarında Venesiya Respublikası Avropanın ən qüdrətli dəniz dövlətlərindən birinə çevrilmişdi. Xaçlı müharibələrindən istifadə edən
Venesiya Egey dənizi hövzəsində
və Konstantinopolda ticarət
məntəqələri ələ keçirmişdi.
Venesiya vasitəçi ticarətdən çox
böyük gəlir götürürdü. Çindən,
Hindistandan, Azərbaycandan,
eləcə də Yaxın və Orta Şərq
ölkələrindən gətirilən müxtəlif
mallar Venesiya tacirləri
vasitəsilə Avropa ölkələrinə
çatdırılırdı.