geniş yer bazar meydanı idi.
Meydanın yanında şəhərin baş
kilsəsi yerləşirdi.
Şəhərlərdə istehsal olunan
məhsulun əksəriyyəti emalatxanalarda
hazırlanırdı.
Emalatxana həm də hazır məhsulu satmaq üçün dükan rolunu oynayırdı. Sənətkarlar daha çox satış məqsədli mal-əmtəə istehsal edirdilər. Onlar bu məhsulları şəhərdə fəaliyyət göstərən tacirlərlə yanaşı, uzaq yerlərdən gələnlərə də satırdılar. Ticarət şəhərlilərə böyük gəlir gətirirdi.
Əvvəllər Şərqlə Qərb arasındakı
ticarət əlaqələrində başlıca
yeri Bizans tuturdu. Sonralar
Aralıq dənizi vasitəsilə Şərq
ölkələri ilə ticarət Venesiya və
Genuya tacirlərinin əlinə keçdi.
Onların ticarət əlaqəsi saxladığı
Şərq ölkələrindən biri də
Azərbaycan idi.
Şəhərlərin salındığı torpaqlar,
adətən, feodallara məxsus
olurdu. Onlar şəhər əhalisinin
senyoru hesab edilirdi. Buna
görə də onlar şəhərlilərdən
vergi alırdı. Şəhərlər varlandıqca,
senyorlar da verginin
miqdarını artırırdılar. Şəhərlərin
bütün iqtisadi və siyasi həyatı
senyorların nəzarəti altında idi. Demək olar ki, bütün Avropa ölkələrində şəhərlilər senyorların zülmündən xilas olmaq üçün mübarizəyə qalxırdılar. İtaliyanın bir sıra şəhərləri senyorlara qarşı mübarizədə qalib gəlib özünüidarə hüququ aldı. Belə şəhərlər kommuna adlanırdı. Azad kommunalar tədricən ətraf əraziləri də öz tərkiblərinə daxil edərək müstəqil şəhər-dövlətlərə və ya şəhər-respublikalara çevrildi.